EN

Rusiya Gürcüstandan kartof idxalını dayandırıb

Bakı. Trend:

Rusiya 9 ay fasiləsiz idxaldan sonra iyul ayından etibarənGürcüstandan kartof alışını dayandırıb.

Trend-in Gürcüstanmətbuatına istinadən verdiyi məlumata görə, Rusiya ötən ilinoktyabrından Gürcüstandan müntəzəm olaraq kartof idxal edib.

İdxal həcmi bu ilin aprel ayında pik nöqtəyə çatsa da, sonrakıaylarda tədricən azalmağa başlayıb. İyul ayında isə Gürcüstanınmüvafiq qurumu Rusiyaya kartof ixracı barədə heç bir məlumat təqdimetməyib.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik Rusiyada cari ildədaha yaxşı kartof məhsulu gözləntiləri ilə bağlı ola bilər.Bildirilir ki, 2025-ci ilin müvafiq dövründə Rusiyada kartofyığımının həcmi ötən illə müqayisədə 36 faiz artaraq 240 min tonaçatıb.

Chosen
130
14
az.trend.az

10Sources