Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadə klubunu dəyişib.
Bizim.Media xəbər verir ki, son olaraq Rusiya "Karanodar"ında çıxış edən hücumçu karyerasını Türkiyədə davam etdirəcək.
O, Türkiyənin “Yüksekova” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, S.Cəfərzadə Azərbaycanın qadınlardan ibarət əsas millisinə 2010-cu ildən dəvət alır.
Bizim.Media