EN

Azərbaycanın yunan-Roma güləşi millisi dünya çempionatında üçüncü olub

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatına yekun vurulub.

Fanat.Az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb. 

90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.

Chosen
7
22
fanat.az

10Sources