EN

“Spiegel”: Almaniya 1990 cı illərdə Rusiyanın NATO ya daxil olmasına qarşı çıxıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 25 avqust, AZƏRTAC

Rusiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsi 1990-cı illərdə fəal müzakirə olunurdu, lakin bu ideya Avropa ölkələrinin, xüsusən də Almaniyanın kəskin etirazı ilə qarşılandı.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Almaniyanın “Spiegel” nəşri 1994-cü ilin məxfi sənədlərinə istinadla yayıb.

Qeyd olunur ki, ABŞ-ın prezidenti Bill Klinton Rusiyanı alyansa qəbul etməyə ciddi sadiq idi və bu məsələni o zaman Rusiya dövlətinin başçısı olmuş Boris Yeltsinlə müzakirə edib.

“ABŞ prezidenti həm də avropalı müttəfiqlərinin sərt müqaviməti ilə üzləşib. Söhbət Rusiyanın NATO-ya üzvlüyü məsələsinə gələndə Almaniya hökuməti qətiyyətlə çıxış edirdi”, - məlumatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
2
azertag.az

3Sources