EN

Xəbəri olmadan bağban vəzifəsində işləyir

İşləmir, lakin 150 manat maaş aldığı göstərilir.

Publika.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, belə bir vəziyyətlə paytaxtda yaşayan Qəbələ rayon sakini Fərhad Bayramov üzləşib.

Onun sözlərinə görə, heç bir yerdə işləmir. Amma rəsmi olaraq işlədiyi müvafiq sistemdə qeyd olunub. Hətta 150 manat məbləğində məvacib aldığı göstərilir.

Fərhad Bayramov bildirib ki, rəsmi iş yerində adı olduğundan onu digər yerlərə işə qəbul etmirlər. O, bununla bağlı lazımi yerlərə müraciət etdiyini də deyir.

Chosen
43
6
publika.az

10Sources