EN

“Qarabağ” Avropanın iki tanınmış komandasından önə keçdi

Çempionlar Liqasında pley-off matçları davam edir.

“Qarabağ” səfərdə Macarıstanın “Ferensvaroş” komandasına 3:1 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın təsnifat mərhələsində keçirdiyi 5 oyunda 5-ci qələbəsi olub. Təsnifat mərhələlərinə ümumən 48 komanda qatılıb.

UEFA-nın hazırladığı statistik göstəricilərə əsasən, Qurban Qurbanovun komandası ən çox qalibiyyət əldə edənlər sırasında 1-ci yeri tutur. İkinci-üçüncü yerdə hərəyə 4 qələbə ilə “Malmö” (İsveç) və “Pafos” (Kipr) qərarlaşıb.

“Qarabağ” daha bir göstəricidə TOP-5-in lideridir. Ağdam təmsilçisi təsnifat mərhələsində ən çox qol vuran komandadır - 13 qol.

Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir. Siyahıda ikinci-üçüncü yerləri hərəyə 11 qolla “Malmö” və “Srvena Zvezda” (Serbiya) tutur.

Maraqlıdır ki, “Qarabağ” təsnifat mərhələsində topa ən çox sahib olan komandaların sırasında da liderdir. Azərbaycan çempionunda bu göstərici 62 faizdir.

İkinci yerdə “Srvena Zvezda” (54 faiz), üçüncü yerdə “Reyncers” (Şotlandiya, 52 faiz) qərarlaşıb.

Ağdam təmsilçisi dəqiq ötürmə faizinə (84) görə isə üçüncü pilləni tutur.

Chosen
44
2
sportinfo.az

10Sources