Bir çox ölkələrdə dizel mühərrikli avtomobillərə qarşı məhdudiyyətlər tətbiq edilməsi planlaşdırılır. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, Norveç, Niderland və Fransa yaxın illərdə dizel mühərrikli avtomobillərin satışını tamamilə dayandırmağı nəzərdə tutub.
Â
Almaniyada isə bəzi şəhərlərdə havanın çirklənməsini azaltmaq məqsədilə dizellə işləyən avtomobillərin hərəkətinə qismən qadağalar qoyulub. Britaniya 2030-cu ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını dayandırmağı hədəfləyir.
Â
Ölkəmizdə də belə avtomobillər kifayət qədərdir. Bizdə də belə addımlar atıla bilərmi?
Â
Avtomobil satışı üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, dizel mühərrikli avtomobillərin ölkəmizdə qadağan olunması hələ ki nəzərdə tutulmayıb.
Â
Yük daşımaları, kənd təsərrüfatında istifadə edilən texnika və digər ağırtonnajlı nəqliyyat vasitələri əsasən dizellə işləyir.
Â