Ukrayna Prezidenti Volodimir Zelenski və Kanada Baş naziri Mark Karni Kiyevdə pilotsuz uçuş aparatlarının istehsal müəssisəsini ziyarət ediblər. Onlar burada Ukrayna müdafiə sənayesinin son nailiyyətləri ilə tanış olublar.
Daha sonra iki lider Ukraynanın Müstəqillik Günü çərçivəsində təşkil olunan müdafiə əməkdaşlığına həsr olunmuş beynəlxalq forumda iştirak ediblər. Tədbirə tərəfdaş ölkələrin müdafiə nazirləri də qatılıb. Prezident Zelenski çıxışında Ukraynaya dəstək göstərən liderlərə və xalqlara təşəkkür edib.
Kanada hökumətinin rəhbəri Mark Karni forum zamanı açıqlayıb ki, Ottava Ukrayna ordusunun gücləndirilməsi və təcili silah ehtiyaclarının qarşılanması üçün 2 milyard Kanada dolları, yəni təxminən 1,5 milyard ABŞ dolları məbləğində yeni hərbi yardım ayıracaq.
"Biz bu gün Ukraynaya 2 milyard Kanada dolları həcmində yeni hərbi yardım elan edirik. Bunun 800 milyonu təcili ehtiyac duyulan müdafiə vasitələrinə dronlara, sursata və zirehli texnikaya yönəldiləcək. Kanada NATO-nun PURL proqramına qoşulan ilk Avropa xarici ölkədir.
Prezident Zelenski əlavə edib ki, Ukrayna və Kanada, bölgədə sabitliyin təmin olunması üçün Kanada qüvvələrinin ölkədə mövcudluğu məsələsini də müzakirə edir. O, Macarıstanla münasibətlərə də toxunaraq iki ölkə arasındakı dostluğun Budapeştin mövqeyindən asılı olduğunu bildirib.
Görüş Ukraynanın müttəfiqlərlə müdafiə əməkdaşlığını daha da gücləndirmək istiqamətində mühüm addım kimi qiymətləndirilir.