EN

BMT Qəzzadakı vəziyyəti fəlakətli adlandırdı

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn Qəzza zolağında ərzaqla bağlı vəziyyəti fəlakətli adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə BMT rəsmisi Yaponiyanın “NHK” telekanalına müsahibəsində danışıb.

Makkeynin sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı Qəzzanın ehtiyac duyduğu miqdarda ərzaq təmin edə bilən ən böyük və yeganə təşkilatdır, lakin humanitar işlərə İsrail hərbçilərinin hərəkətləri mane olur:

“Vəziyyət fəlakətlidir. Orada çox ciddi qida çatışmazlığı problemi var, insanlar aclıqdan ölür. Bizə silahlar, tanklar və digər silahlar tuşlananda çox çətindir”.

Chosen
25
9
publika.az

10Sources