EN

Azad edilən ərazilərdə 5000 çox abonent internetlə təmin olunub

Bakı.Trend:

Azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin tərkibhissəsi kimi, məskunlaşma olan yaşayış məntəqələri və biznessubyektlərinə, GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə)texnologiyasının tətbiqi ilə yüksəksürətli internetlə yanaşı,“internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və“internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də“Aztelekom” MMC tərəfindən təmin olunur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Aztelekom” MMC-dənməlumat verilib.

Bildirilib ki, telekommunikasiya xidmətlərinin genişləndirilməsisakinlərin gündəlik həyatına rahatlıq gətirməklə yanaşı, bölgədəhəyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin icrasına damühüm dəstək verir.

Qeyd edilib ki, 31 iyul 2025-ci il tarixinə olan məlumataəsasən, həmin ərazilərdə ümumilikdə xidmətlərimizdən istifadə edən5 mindən çox abunəçi mövcuddur və istəkdən asılı olaraq onlar“Aztelekom”un təklif etdiyi Telefoniya və İP TV xidmətlərindən dəyararlana bilirlər.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışadair I Dövlət Proqramı”na əsasən, qarşıda dayanan prioritetməsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdətelekommunikasiya sahəsinin inkişafıdır.

Chosen
9
3
az.trend.az

4Sources