EN

Rusiyalı tennisçi ABŞ Açıq çempionatında qalmaqal yaradıb, hakimi təhqir edib

Rusiyalı tennisçi Daniil Medvedev ABŞ Açıq çempionatında qalmaqal yaradıb və hakmi təhqir edib.

"Report"un məlumatına görə, hadisə fransalı Benjamen Bonziyə qarşı ilk turun oyununda baş verib.

Qarşılaşmanın sonlarında rusiyalı idmançı ilə referi Qreq Allensvort arasında insident yaşanıb. Medvedev ədalət təmsilçisinə müraciət edərək "Sən kişisən, niyə titrəyirsən, evə getmək istəyirsən?" deyib.

Tennisçi bununla da kifayətlənməyib və kameraya tərəf dönərək "Uşaqlar, o, evə getmək istəyir. Ona saata görə deyil, matça görə pul verilir" söyləyib.

Qeyd edək ki, Daniil Medvedev rəqibinə 2:3 hesabı ilə uduzub.

Chosen
14
1
report.az

2Sources