EN

London klubu "Manşester Siti"nin futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır

İngiltərənin "Tottenhem" klubu "Manşester Siti"də çıxış edən Savinyo üçün 70 milyon avro ödəməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə "Talksport" nəşri məlumat yayıb.

London təmsilçisi "Kristal Pelas"dan "Arsenal"a keçən Ebereçi Ezeni ala bilmədiyi üçün braziliyalı oyunçunu əsas prioritet hesab edir.

Qeyd edək ki, 21 yaşlı Savinyo 2024/2025 mövsümündə "şəhərlilər"in heyətində 48 matçda 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
1
report.az

1Sources