EN

Moskvada partlayış: FSB zabiti ağır yaralandı

Avqustun 24-də Rusiyanın paytaxtı Moskvada uşaq mağazasında baş verən partlayışda Federal Təhlükəsizlik Xidmətinin (FSB) yüksək rütbəli zabiti yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Mağazanın FSB-nin qərargahının yanında yerləşdiyi bildirilib.

Məlumata görə, mağazada qaz balonu partlayıb, nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb.

“VÇK-OQPU” Teleqram kanalının məlumatına görə, FSB-nin 55 yaşlı zabiti Aleksey Titov partlayış nəticəsində ağır yaralanıb. Partlayış yerində onun içərisində xidməti vəsiqəsi olan çantası tapılıb.

Rusiya İstintaq Komitəsi Moskvanın mərkəzində baş verən olayla bağlı cinayət işi açıb.
Chosen
69
2
sherg.az

3Sources