EN

Qazaxıstanda çəkilmiş ƏN YAXŞI ÜÇ FİLM

Yazını böyüt
Yazını kiçilt

Bu günə kimi kinosevərlər Hollivud filmlərinə daha çox diqqət yetirirdilər, çünki uzun illər yalnız xarici filmlərin layiqli layihələr üzərində işlədiyinə inanılırdı. Ancaq indi bu nəzəriyyə həqiqətdən uzaqdır. Buna sübut kimi qazax filmlərini misal çəkmək olar. Bir neçə ildir ki, qardaş xalqın rejissorları öz gözəl filmləri ilə öz yüksək məharətlərini nümayiş etdirirlər.

Hafta.az-ın bu məqaləsində son vaxtlar Qazaxıstanda çəkilən üç filmdən söz açacağıq:

“Düstur” (2023)

Əhəmiyyətli sosial mövzuda çəkilmiş bu mistik dram hər dövrün reallığını əks etdirir. Belə ki, cəmiyyətdə nüfuz qazanan Nursultan Köpcəsaruli kəndin bütün təsərrüfatlarına sahib olduğundan yeganə oğlu Bolat tərbiyəsizliyi səbəbindən bir neçə problemlə üzləşir. Oğlu nağara çalan və ucqar kəndlərin birində yaşayan Diana adlı qızın diqqətini cəlb etməyə çalışır. Bunu edə bilmədikdə, qəzəblə qızın namusunu ləkələyir. Təəssüf ki, Diananın etirazlarına baxmayaraq, valideynləri onu həmin qəddar gəncə ərə verirlər. Evliliyin ilk günlərindən gənc gəlinin həyatında dəhşətli hadisələr baş verməyə başlayır.

"Düstur" ictimai rəy, köhnəlmiş adətlər və zorakılıq haqqında dəhşətli, dramatik filmdir.

"Qoca" (2012)

Film Ernest Heminqueyin "Qoca və dəniz" hekayəsi əsasında çəkilib.

Baş qəhrəman kiçik ailəsi və nəvələri ilə müasir Qazaxıstanın ucqar guşəsində yaşayır. Bir gün qoca ailə başçısı qoyunları otarmağa aparır, ancaq çöldə azır. Evə gedən yolu axtararkən bir canavar sürüsü ilə qarşılaşır. Bu zaman onun yaxınları artıq köməyə tələsir.

Qazax rejissoru Ermek Tursunovun bu filmi müxtəlif nəsillər arasında ünsiyyətin vacibliyindən bəhs edir.

“Tomaris” (2019)

2019-cu ildə rejissor Akan Satayev tərəfindən lentə alınan film, Massagetlər hökmdarı Tomaris və Əhəməni şahı II Kirin hekayəsindən bəhs edir. İgid Tomaris gənc yaşlarından ana sevgisindən kənar qalır və atasını erkən itirir. Odur ki, Tomaris düşmənlərindən qisas almaq və işğalçıları məğlub etmək üçün özündə böyük güc tapmalı olacaq.

Film qədim yunan tarixçisi Herodotun əsəri əsasında çəkilib.

Chosen
2
hafta.az

1Sources