EN

Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, Azərbaycanda cərimə nə qədərdir?

Böyük Britaniyada yeni tətbiq edilən yol hərəkəti qaydalarına əsasən, sürücülər avtomobilin hərəkətdə olduğu vaxt sadəcə əlini pəncərədən çölə çıxardığına görə belə 5 min funt sterlinqədək cərimələnə bilərlər.

Ulusal.az xəbər verir ki, bundan əlavə, sürücünün sürücülük vəsiqəsinə 9 ballıq cərimə də yazıla bilər.

Məsələn, avtomobildə itini pəncərədən çıxaran sürücülər, yaxud başqalarına süni jestlərlə işarə verənlər, hətta diqqətsizlik sayılacaq şəkildə başlarını pəncərədən çölə uzadanlar ciddi inzibati məsuliyyətə cəlb olunurlar. Britaniya mediası yazır ki, bu qaydanın məqsədi yollarda təhlükəsizliyi artırmaq və sürücülərin sükan arxasında tam diqqətli olmalarını təmin etməkdir.

Azərbaycanda isə vəziyyət necədir?

Azərbaycanda da oxşar qadağa qüvvədədir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini yolun hərəkət hissəsində düzgün yerləşdirməmək və sürücünün hərəkət zamanı əlini pəncərədən çölə çıxarması halında 40 manat cərimə nəzərdə tutulur. Bundan başqa, 342.1.4-cü maddə sükanı buraxmaq kimi halları təsvir edir ki, bu da təhlükəsizliyin pozulması kimi qiymətləndirilir.

Ekspertlər bildirirlər ki, görünüşcə sadə olan bu qayda əslində vacib təhlükəsizlik məqsədi daşıyır. Sürət zamanı sükanı buraxaraq əli pəncərədən çıxarmaq qəza riskini artırır. Bu səbəbdən Azərbaycanda da bu qayda tətbiq edilir və sürücülər 40 manatlıq cərimə ilə üzləşirlər.

Beləliklə, Britaniyada eyni hərəkət sürücülərə 5 min funt sterlinqədək (təxminən 11 min 500 manat) başa gələ bildiyi halda, Azərbaycanda bu cərimə cəmi 40 manat təşkil edir. Hər iki ölkənin qanunvericiliyində məqsəd eynidir – sürücülərin və sərnişinlərin həyatını qorumaq, yol hərəkəti təhlükəsizliyini təmin etmək.Musavat.com

Chosen
6
moderator.az

1Sources