ain.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.
Fransa Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin bu ölkədəki səfiri Çarlz Kuşnerə rəsmi etiraz edib. Buna səbəb səfirin ölkədə antisemitizmin artması ilə bağlı səsləndirdiyi fikirlər olub.
Sitat.info xəbər verir ki, etirazla bağlı bəyanat nazirliyin saytında dərc olunub.
Bəyanatda səfirin açıqlamaları qəbuledilməz sayılır:
"Səfirin bəyanatları qəbuledilməzdir. Bunlar beynəlxalq hüquqa, xüsusən də dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə ziddir. Həmçinin bu açıqlamalar Fransa ilə ABŞ arasında transatlantik münasibətlərin səviyyəsinə və müttəfiqlər arasında mövcud olmalı olan etimada uyğun gəlmir".
Nazirlik əlavə edib ki, ABŞ səfiri Çarlz Kuşner avqustun 25-də Fransa XİN-ə çağırılacaq.
Xatırladaq ki, səfir Kuşner daha əvvəl Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı açıq məktubda ölkə hakimiyyətini antisemitizmlə mübarizədə yetərli tədbirlər görməməkdə ittiham etmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.