EN

Almaniyanın vitse-kansleri gözlənilməz səfərlə Kiyevə gəlib

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl gözlənilməz səfərlə Kiyevə gəlib.

Operativ Media xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb .

“Kanslerlə sıx koordinasiyada Almaniyanın mümkün sülh prosesində Ukraynaya ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək niyyətindəyəm”, o, Kiyevə gələrkən jurnalistlərə deyib.

Onun sözlərinə görə, "uzunmüddətli sülhü təmin etmək üçün etibarlı təhlükəsizlik təminatları lazımdır".

"Biz beynəlxalq səviyyədə fəaliyyətlərimizi yaxından əlaqələndiririk. Almaniya üzərinə düşən məsuliyyəti yerinə yetirəcək", - vitse-kansler bildirib.

Klinqbeyl Kiyevdə Ukrayna hökuməti və Ali Radanın nümayəndələri, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq.

Chosen
2
1
operativmedia.az

2Sources