EN

50-ci səfər qolu, 35-ci qələbə

Misli Premyer Liqasının II turunun "Turan Tovuz”la oyununda vurulan ilk top "Araz-Naxçıvan” üçün əlamətdar olub.

Demokrat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi Premyer Liqada 50-ci səfər qoluna imza atıb.

Yubiley qolunun müəllifi 38-ci dəqiqədə fərqlənən Şarl Boli olub. Naxçıvan klubu 59-cu səfər görüşündə qol sayını 51-ə də çatdırıb.

Elmar Baxşıyevin yetirmələri rəqib meydanında 2:1 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqada ümumilikdə 116-cı matçda 35-ci qələbə kimi düşüb.

Chosen
26
19
demokrat.az

10Sources