EN

Rusiya bütün cəbhəboyu hücuma BAŞLADI – Ukraynada SON VƏZİYYƏT

Rusiya qoşunlarının nəzarət zonasını genişləndirmə cəhdlərinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri cəbhənin bir neçə istiqamətində müqaviməti davam etdirir. 

Bizim.Media xəbər verir ki, bu barədə Müharibəni Öyrənmə İnstitutunun (ISW) hesabatında qeyd olunub.

Analitiklərin məlumatına görə, avqustun 24-də Rusiya ordusu Sumı vilayətinin şimalında hücum əməliyyatlarını bərpa etsə də, irəliləyiş əldə etməyib.

Rusiya hərbi təbliğatçıları iddia ediblər ki, guya Rusiya ordusu Yunaçovkanın cənubuna çıxıb. Lakin Ukraynanın “Dnepr” qruplaşması bildirib ki, Ukrayna hərbçiləri Proxodıy kəndi yaxınlığında sərhədi keçməyə cəhd edən diversiya-kəşfiyyat qrupunun hücumunu dəf edib.
 

Xarkov vilayətində Rusiya qüvvələri Volçanskın mərkəzi hissəsində irəliləyə bilib. Avqustun 23–24-də onlar Zelenoye, Volçansk və Sinelnikovo yaxınlığında hücumlar həyata keçiriblər.


Bununla yanaşı, Velikiy Burlukun şimal-şərqində — Ambarnoe və Xatnoe istiqamətində hücum cəhdləri uğursuz olub.

Kupyansk istiqamətində Rusiya ordusu fəallığını saxlayır, lakin təsdiqlənmiş nəticələr yoxdur. Ukrayna batalyon komandirlərindən biri bildirib ki, Ukrayna ordusunun zərbələri ruslara texnikanı Oskol çayından keçirməyə imkan vermir. Bu səbəbdən rus hərbçiləri çayı 10–20 nəfərlik qruplar şəklində, improvizə olunmuş qayıqlarla keçməyə məcbur olur. Oxşar vəziyyət Seversk, Toretsk istiqamətlərində, eləcə də Çasov Yar rayonunda müşahidə olunur.

Pokrovsk istiqamətində isə Ukrayna ordusu uğur qazanıb. ISW-nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Mixaylovkanı (Pokrovskun şərqində) azad edib, Mirnoyenin cənubunda və Mirolubovkanın şimalında irəliləyib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski avqustun 24-də Mixaylovkanın uğurlu əks-hücum nəticəsində Ukraynanın nəzarətinə keçdiyini təsdiqləyib.

Xerson istiqamətində isə rus qüvvələri avqustun 23–24-də məhdud hücum cəhdləri etsə də, irəliləyə bilməyib.

Bizim.Media

Chosen
7
1
bizim.media

2Sources