EN

"Şuşa" millinin üzvləri ilə gücləndi

Yeni mövsümün hazırlığını davam etdirən “Şuşa” komandası heyətini bir neçə futzalçı ilə gücləndirib.

Operativ Media xəbər verir ki, Yüksək Liqa təmsilçisi “Neftçi” İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb. Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq. 

Onu da qeyd edək ki, klub yeni mövsümə yeni logo ilə start verəcək

Chosen
51
2
operativmedia.az

9Sources