EN

“Sədərək”dəki yanğın DƏHŞƏTLİ FAKLARI üzə çıxardı

“Sədərək” ticarət mərkəzində dəhşətli yanğın baş verdi. “Super Toys” mağazalar şəbəkəsinə məxsus anbar tamamilə yanıb, sahibkara milyonlarla ziyan dəyib. Tüstü bütün şəhərdən görünürdü. Yanan isə uşaq oyuncaqları idi…
İndi bir anlıq düşünün: uşaqlarımızın əlində gəzən, qucaqlayıb yatdığı, ağızlarına saldıqları o oyuncaqlar hansı kimyəvi maddələrdən hazırlanır ki, yananda belə qapqara tüstü buraxır? Deməli, həmin maddələr yanmamışdan əvvəl də onların tərkibindədir və körpələrin bədəninə, qanına, beyninə keçir.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib. O qeyd edib ki, bu artıq ehtimal yox, sübut olunmuş faktdır:

“Belə ki, belə oyuncaqlarda qurğuşun aşkarlanıb və bu uşağın beyninə toksik təsir göstərir, inkişafı zəiflədir.
Ftalatlar (plastiklərdə elastikliyi artırmaq, onları yumşaltmaq üçün qatılan kimyəvi maddələrdir) yumşaq plastiklərdə çox olur, hormonal sistemi pozur. Belə ki, Avropa Birliyi onları ciddi şəkildə məhdudlaşdırıb.
PAH-lar (poliaromatik karbohidrogenlər) qara rezin hissələrdə olur, kanserogen sayılır.
BPA və fenol uşaqlarda immuniteti zəiflədir, hormon balansına mənfi təsir göstərir”.

S.Əsədli əlavə edib ki, yanğında gördüyümüz qara tüstü isə bu kimyəvilərin havaya qarışmasının açıq sübutudur:

“Orada karbonmonoksid, sianid, ağır metal qalıqları ola bilər.
Avropa və ABŞ-da bu maddələrə sərt limitlər qoyulub, hər oyuncaq laboratoriyada test olunur. Bizdə isə çox vaxt nə sertifikat var, nə də real keyfiyyətə nəzarət. Nəticədə körpələrin sağlamlığı risk altındadır.

Biz tüstünü görüb dəhşətə gəlirik, amma unutmamalıyıq: həmin tüstünün qaynağı olan kimyəvilərlə uşaqlarımız hər gün təmasdadır.

Uşaqların sağlamlığı ucuz, keyfiyyətsiz və nəzarətsiz gətirilən oyuncaqların əlində olmamalıdır!”.

Gülşən Rəsul

Chosen
33
tribunainfo.az

1Sources