Bakı, 25 avqust, AZƏRTAC
Yeni mövsümün hazırlığını davam etdirən “Şuşa” komandası heyətini dörd futzalçı ilə gücləndirib.
AZƏRTAC xəbər verir ki, Yüksək Liqa təmsilçisi “Neftçi”dən ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb. Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq.