EN

Neft-qaz şirkəti Sinopec ilin birinci yarısında xalis mənfəəti 36% azalıb

Finss.az xəbər verir ki, China Petroleum & Chemical Corp (Sinopec) maliyyə hesabatlarına görə, ilin birinci yarısında xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 36% azalaraq 23,75 milyard yuana (3,3 milyard dollar) düşüb.

Şirkət iyulun sonunda xəbərdarlıq edib ki, neftin qiymətinin aşağı düşməsi və bəzi məhsulların istehsal həcminin azalması səbəbindən mənfəətinin təxminən 40% azalacağını gözləyir.

Yanvar-iyun aylarında yuxarı seqmentdə (kəşfiyyat və hasilat) mənfəət 22% azalaraq 21 milyard yuana, neft emalı bölməsinin mənfəəti isə 59% azalaraq 2,6 milyard yuana düşüb. Kimya bölməsinin itkisi 25% artaraq 4,5 milyard yuana çatıb.

Sinopec-in gəliri 11% azalaraq 1,41 trilyon yuana düşüb.

Chosen
103
fins.az

1Sources