Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dünən yanğın baş verən ərazidə “Supertoys” MMC-nin anbarından əlavə 10-a yaxın digər şirkətlərə məxsus anbarlar fəaliyyət göstərirdi.
Bu barədə “Yeni Sabah”a “Supertoys” MMC-dən məlumat verilib.
Xəbərdə qeyd olunur ki, yanğın digər anbardan başlayıb və “Supertoys” anbarı da zərər çəkənlər arasında olub. pizza
“Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcək. Məlumat üçün bildirək ki, “Supertoys” MMC-nin bu anbardan əlavə 6 anbarı müxtəlif ərazilərdə fəaliyyət göstərir. Məhsullar da anbarlarda bölgü üzrə paylanılıb”.
Supertoys rəsmi olaraq bildirir ki, müştərilərə xidmət göstərməkdə heç bir çətinlik olmayacaq. Müştərilər istədikləri məhsulları əvvəlki qaydada “Supertoys” mağazalarından və ya onlayn əldə edə biləcəklər. “Supertoys” mağazalar şəbəkəsi əvvəlki qaydada fəaliyyətini davam etdirir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.