EN

Texniki baxışın müddəti necə hesablanır? – BDYPİ cavablandırır

Bakı, 25 avqust, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “1 sual – 1 cavab” rubrikası hərəkət iştirakçılarını maraqlandıran aktual məsələlərə aydınlıq gətirməyə davam edir.

AZƏRTAC xəbər verir ki, rubrikada bu dəfə texniki baxışın müddətinin əvvəlki baxış günündən, yoxsa ilin əvvəlindən hesablanması ilə bağlı suala cavab verilib. Bildirilib ki, qanuna əsasən texniki baxışın müddəti təqvim ili ilə deyil, ötən baxışın keçirildiyi gündən hesablanır.

 

Chosen
41
6
azertag.az

10Sources