Ağstafada 37 yaşlı kişi yol qəzasında xəsarət alıb.
Moderator.az-ın məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon sakini 1998-ci il təvəllüdlü R.Qurbanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.