EN

HƏMAS: Netanyahu bütün həll yollarını rədd edir

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzanı işğal etməkdə israr etməsi razılaşmaya mane olur.

Publika.az xəbər verir ki, bununla bağlı HƏMAS açıqlama yayıb.

"Biz qismən razılaşmanı qəbul etdik və hərtərəfli razılaşmaya hazır olduğumuzu bəyan etdik. Lakin Netanyahu razılaşma əldə etməyə doğru gedən bütün həll yollarını rədd edir. Əsir mübadiləsi və atəşkəs üçün əsas mane odur. Hər dəfə yeni şərtlər təklif edərək yalan danışır. Bu, onun gecikdirmə taktikasıdır", - deyə açıqlamada bildirilib.

Bəyanatda atəşkəsin əsirlərin geri qaytarılmasının yeganə yolu olduğu və Netanyahunun əsirlərin gələcəyi üçün tam məsuliyyət daşıdığı qeyd edilib.

HƏMAS, həmçinin vurğulayıb ki, 22 aydan artıqdır davam edən hücumlar Netanyahu və onun ifrat sağçı nazirlərinin irəli sürdüyü “mütləq qələbə” xəyalının puç olduğunu nümayiş etdirib.

Chosen
10
publika.az

1Sources