EN

“Çıraq 1” və “Çıraq 2” KSES də istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Tərtər çayı üzərində yerləşən“Çıraq-1” və Qaraarxac çayı üzərindəki “Çıraq-2” kiçik su elektrik stansiyalarında indiyədək 91,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

Bu barədə “APA-EConomics” Azərbaycan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, stansiyalar 2023-cü ilin 25 avqust tarixində istismara verilib.

Məlumata görə, ümumi gücü 8,33 MVt olmaqla, hər biri 4,165 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Çıraq-1” KSES-də istismara verildiyi tarixdən iyulun 1-dək 51 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

“Hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət ümumi gücü 6 MVt olan basqılı derivasiya tipli “Çıraq-2” KSES-də isə bu ilin iyul ayınadək 40,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib”, - məlumatda qeyd olunur.

Bildirilir ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
7
apa.az

5Sources