EN

İsrail Sənaya hava hücumu etdi - 4 nəfər öldü

İsrail hərbçiləri Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 6 nəfər həlak olub, 86 nəfər yaralanıb.

İsrail ordusu Sənada Prezident Sarayının yerləşdiyi hərbi kompleksə, habelə iki elektrik stansiyasına və yanacaq anbarına zərbələr endirib. Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Enis əl-Əsbahi bildirib ki, hücumlar nəticəsində 6 nəfər həyatını itirib, 86 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə ilə bağlı əlavə məlumatlar və zərər çəkənlərin vəziyyəti barədə araşdırmalar davam edir.

Chosen
6
manset.az

1Sources