EN

Lavrov DANIŞDI: SSRİ-ni bərpa etmək istəyənlərin başı yoxdur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Alyaskada Rusiya-Amerika sammiti zamanı üzərində “SSRİ” yazısı olan sviterdə görünməsi Sovet İttifaqını bərpa etmək istəyi demək deyil.

News365.az- ın məlumatına görə, o, Amerikanın NBC News telekanalına müsahibəsində məsələ ilə bağlı sualı cavablandırıb.

"Biz Sovet İttifaqında doğulmuşuq. Rusiya prezidenti Vladimir Putin dəfələrlə deyib ki, SSRİ-nin dağılmasına peşman olmayanların ürəyi yoxdur. Amma onu bərpa etmək istəyənlərin başı yoxdur. Bu, tamamilə doğru ifadədir".

Lavrov qeyd edib ki, Rusiya bütün keçmiş sovet respublikalarını müstəqil dövlət kimi tanıyıb.

"Biz onlarla - tam müstəqil dövlətlərlə münasibətlərimizi inkişaf etdiririk. Amma Ukrayna kimi ölkələr Rusiyaya məxsus hər şeyi fiziki və hüquqi cəhətdən məhv etməyə başlayanda... Təsəvvür edin ki, hansısa başqa ölkədə ingilis dilini, Amerika tarixini qadağan edirlər", - nazir qeyd edib.

"SSRİ-yə gəlincə. Əgər siz öz köklərinizi xatırlamırsınızsa, uşaqlıq, gənclik, ilk məhəbbət, dostlar haqqında nostalji xatirələriniz yoxdursa, deməli, bəşəriyyəti və insani dəyərləri təmsil etmirsiniz", - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Chosen
1
4
news365.az

5Sources