İyul ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 870 600 nəfərdən çox olub.
Bu barədə Moderator.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 465 700 nəfərdən çoxunu aylıq sosial müavinət, 404 900 nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.