Sea Breeze

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.

Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırdı, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. Qonaq, həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.

Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini deyib.

Dövlət başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırlayıb.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, siyasi münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq ifadə olundu. İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirildi. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olundu, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulandı. Bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olunub.

Sonda qonaq dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX