EN

Birinci yarımildə elektron satınalmaların həcmi 1,6 milyard manatı ötüb

Bakı. Trend:

Bu ilin I yarımilində elektron satınalmaların həcmi 1 milyard632,7 milyon manat təşkil edib.

Bu barədə Trend Prezident yanında Antiinhisar və İstehlakBazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü (1 milyard 455,7 milyonmanat) ilə müqayisədə 12,2% artım qeydə alınıb. Müsbət dinamikadövlət satınalmalarının “E-tender.gov.az” vahid internet portalındafunksionallığın genişləndirilməsi, prosedurların sadələşdirilməsi,təchizatçıların prosesə daha rahat qoşulması və rəqabətimkanlarının artması ilə bağlıdır.

Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlətbüdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən38,6% artaraq 329,2 milyon manat təşkil edib. Əldə olunan nəticələrdövlət vəsaitlərinin məqsədyönlü istifadəsi ilə əlavə xərclərinminimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi hesabınatəmin edilib.

Cari ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrəorta iştirakçı sayı açıq tender metodu üzrə 4,3, kotirovka sorğusumetodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,7 təşkil edib. Ötən ilinmüvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda ortaiştirakçı sayı ümumilikdə 2,8% artıb, o cümlədən açıq tender metoduüzrə 7,5% artım qeydə alınıb, kotirovka sorğusu metodu üzrə isə bugöstərici ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynilik (3,4)təşkil edib. Çoxiştirakçılığın təmin edilməsi satınalmaproseslərində sahibkarların bərabər imkanlarla iştirakına və bazaraçıxış imkanlarının genişlənməsinə şərait yaradır. Bu isəsahibkarlıq mühitinin inkişafına və iqtisadi fəallığın artmasınatöhfə verir.

Bundan əlavə, dövlət satınalmalarında şəffaflığın təmin edilməsivə ədalətli rəqabət mühitinin qorunması, o cümlədən müraciətlərinçevik emalı istiqamətində müntəzəm tədbirlər görülüb. Satınalantəşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədarAgentliyə daxil olan 789, digər məsələlərlə əlaqədar isə 239müraciətə baxılıb. Müsabiqə zamanı qanunvericiliyin tələblərininpozulması halları aşkar olunan 501 yekun protokol ləğv edilib.

Təchizatçıların dövlət satınalmalarında iştirakının daha daasanlaşdırılması və sənədləşmə prosesinin sürətləndirilməsiməqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin“E-tender.gov.az” portalı vasitəsilə real vaxt rejimində əldəolunması üçün Agentlik tərəfindən Mərkəzi Bank, İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Daxiliİşlər Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.

Bundan əlavə, portalda satınalma komissiyası tərəfindən şərtlərtoplusunun elektron şəkildə qanunvericiliyin bütün tələbləri nəzərəalınmaqla yaradılması, uzadılmış satınalmalarda verilmiştəkliflərin avtomatik olaraq yeni versiyaya köçürülməsi, yenidənyaradılmış satınalmaların əvvəlki ləğv edilmiş versiyalarla sistemdaxilində əlaqələndirilməsi və portal istifadəçiləri üçün keçidimkanının təmin edilməsi və s. kimi yeni funksionallıqlar əlavəedilməklə təkmilləşdirmələr aparılıb.

Qeyd edək ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiya “Azərbaycan Respublikasında biznes mühitininəlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizinmövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərhaqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyultarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəəbazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyiAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.

Chosen
25
5
az.trend.az

10Sources