EN

Baş Qərargah rəisi Zamir Netanyahunu atəşkəsi qəbul etməyə çağırıb

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, İsrail Baş Qərargah rəisi Eyal Zamir Baş nazir Benyamin Netanyahudan hazırda Qəzzada müzakirə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasını “dərhal qəbul etməyi” istəyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Kanal 13 televiziyasının məlumatına görə, Zamir Hayfadakı dəniz bazasına səfəri zamanı Netanyahuya mesaj çatdıraraq, onu Misir və Qətərin təklif etdiyi müqaviləni imzalamağa çağırıb.

Baş Qərargah rəisi Zamir bəyan edib ki, İsrail hərbçiləri razılaşma üçün yerdə lazımi şərtləri yerinə yetiriblər. Zamir, “Masa üzərində razılaşma var. Bu, Witkoffun (ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff) təqdim etdiyi yenilənmiş saziş layihəsidir. Qəbul edilməlidir. İsrail ordusu məhbus mübadiləsi razılaşmasının şərtlərini yerinə yetirdi və indi razılaşma Netanyahunun əlindədir” deyib.

İsrailli məhbus ailələri Qəzza şəhərinin işğalına qarşı çıxan məhbusların həyatını riskə atacağı səbəbiylə Baş qərargah Başçısı Eyal Zamirin də xalqın böyük əksəriyyəti kimi məhbus mübadiləsi razılaşması istədiyini vurğuladı.

Ailələrin çətir platforması tərəfindən yayımlanan bəyanatda, “Netanyahu, xalqın iradəsini yerinə yetirməyin vaxtı gəldi. Sizin müharibəni sonsuza qədər davam etdirmək səlahiyyətiniz yoxdur. Əsirləri, əsgərləri və ya İsrail vətəndaşlarını qurban vermək səlahiyyətiniz yoxdur” deyilir.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
icma.az

1Sources