EN

Vudi Allen: Süni intellektin səhvsizliyi onun çatışmazlığıdır

ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı kinorejissor və ssenarist Vudi Allen Moskva Beynəlxalq Kino Həftəsi çərçivəsində keçirilən “Dünya kinematoqrafiyasının əfsanələri” sessiyasında süni intellektin səhvsizliyinin onun əsas çatışmazlığı olduğunu bildirib.

Kulis.az xəbər verir ki, o, açıqlamasında süni intellektin insanı həqiqi incəsənət yaratmaqda əvəz edə bilməyəcəyinə əmin olduğunu qeyd edib: "Mən bu məsələyə çox skeptik yanaşıram... Məncə, süni intellekt heç vaxt Tennessi Uilyams, Yujin O'Nil və ya Fyodor Dostoyevskinin yazdıqları kimi əsərlər yarada bilməz, çünki onların yaradıcılığı zəifliklərini və səhvlərini də əhatə edir. Süni intellekt biznes yazışmalarında və dərs proqramlarının hazırlanmasında faydalı ola bilər, lakin həqiqi incəsənət yaratmaqda insanı əvəz edə bilməz. Həqiqətən böyük sənət əsərinə baxarkən hiss etdiyiniz emosional əlaqə üçün hər zaman insan yanaşması lazımdır".

Sessiyanın moderatoru Fyodor Bondarçuk Allen ilə dialoqa hazırlaşarkən süni intellektdən rejissor tərzində film səhnəsi yazmasını istəyib. Bondarçukun sözlərinə görə, süni intellektin bəzi replikaları ona xoş gəlib və bu, onu qorxudub. Allen isə cavabında süni intellektin yalnız mövcud məlumatlarla işləyə biləcəyini, amma sənətçinin yaşadığı həyatı yaşamadığını söyləyib.

“Süni intellekt mənim əvvəlcədən yazdığım ssenarilərlə təchiz olunmalıdır. Mən onları yazmasaydım, o, yazmazdı. Süni intellekt mənim ailəmdə, atam, anam, bacım, dostlarımla birlikdə illərlə yaşamayıb,” – Allen əlavə edib. Onun fikrincə, süni intellekt yalnız sənətçinin köməyi ilə inkişaf edə bilər.

Antik Roma villasında qədim mozaika aşkarlandı

Rusiyalı jurnalist Kirill Vişinski vəfat etdi

Məşhur müğənni ilk dəfə xəstəliyindən danışdı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
kulis.az

1Sources