EN

Böyük Britaniya Azərbaycan Ermənistan sülh prosesini dəstəkləməyə hazırdır Stiven Douti

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Vaşinqtonda əldə olunmuş tarixi nəticələr münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Redaktor.az xəbər verir ki, britaniyalı nazir bu fikri avqustun 25-də Prezident İlham Əliyevin qəbulunda olarkən səsləndirib.

S.Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırıb, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib.

Nazir həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
3
redaktor.az

3Sources