Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Paytaxt küçələrindən birində qayda pozan piyada təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az-ın məlumatına görə, avqustun 24-də saat 11:13 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, yolu təyin olunmamış yerdən keçən piyada son anda qəzadan xilas olub. Üstəlik o, diqqətsiz şəkildə - yolun yalnız sağ tərəfinə baxaraq keçib. Nəticədə qayda pozan piyada soldan yaxınlaşan maşını görməyib. Xoşbəxtlikdən təhlükəylə üz-üzə qalan sürücü vaxtında sola manevr edərək baş verəcək bədbəxt hadisənin qarşısını alıb.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.