EN

"Özbəkneftqaz"ın rəhbəri: “SOCAR ilə ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırırıq”

“Özbəkneftqaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) logistik marşrutların optimallaşdırılması və əsas ixrac bazarlarına, o cümlədən Türkiyə, Avropa İttifaqı ölkələri və digər ölkələrə çıxış istiqamətində işlər aparır.

Bunu “Report”a müsahibəsində “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bahodirjon Sidikov deyib.

O xatırladıb ki, “Özbəkneftqaz” və SOCAR 2023-cü ilin sonunda yaradılmış birgə ticarət şirkəti vasitəsilə beynəlxalq karbohidrogen ticarəti sahəsində artıq əməkdaşlıq edirlər.

“Gələcəkdə həm fiziki treydinq seqmentində, həm də üçüncü ölkələrə çevik çatdırılma sahəsində genişlənmə imkanları araşdırılacaq”, - B.Sidikov bildirib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.

Chosen
41
report.az

1Sources