EN

Azad edilmiş ərazilərdə daha 145 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.08.2025 – 24.08.2025) açıqlanıb.
 
ANAMA-dan Moderator.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 124 piyada əleyhinə mina, 21 tank əleyhinə mina, 417 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bildirilib ki, 1459,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Chosen
71
33
moderator.az

10Sources