EN

Premyer Liqada 50-ci səfər qolu

Misli Premyer Liqasının 2-ci turunun “Turan Tovuz”la oyununda vurulan ilk top “Araz-Naxçıvan” üçün əlamətdar olub.

İdmanxeber.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Premyer Liqada 50-ci səfər qoluna imza atıb.

Yubiley qolunun müəllifi 38-ci dəqiqədə fərqlənən Şarl Boli olub. Naxçıvan klubu 59-cu səfər görüşündə qol sayını 51-ə də çatdırıb.

Elmar Baxşıyevin yetirmələri rəqib meydanında 2:1 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqada ümumilikdə 116-cı matçda 35-ci qələbə kimi düşüb.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk qələbəsini 2000-ci il avqustun 20-də səfərdə “Şahdağ” (Quba) üzərində qazanıb – 1:0. Qələbə qolunun müəllifi İlham Allahyarov klub tarixinə ilk səfər qolunun müəllifi kimi düşüb.

Chosen
30
19
idmanxeber.az

10Sources