Finss.az - Sentyabr ayında keçiriləcək Meta Connect konfransında Meta şirkəti Hypernova kod adlı displeyli ağıllı eynəklərini təqdim edəcək.
Yeni model, kütləvi istehsal üçün nəzərdə tutulub və EssilorLuxottica (Ray-Ban) ilə birgə hazırlanıb. Qiyməti təxminən 800 ABŞ dolları olacaq.
Hypernova-nın əsas xüsusiyyətləri:
-
Rəngli displey sağ linzada yerləşir və təxminən 20° görmə sahəsini əhatə edir. Mətn bildirişləri üçün idealdır.
-
İstifadəçilər foto və video çəkə, zəng və videozəng edə, mesajlaşa, audio fayllar dinləyə, həmçinin süni intellektlə səs, jest və vizual vasitələrlə qarşılıqlı əlaqədə ola bilərlər.
-
Yeni cihaz Meta CTRL Labs tərəfindən hazırlanmış elektron bilərziklə idarə olunur. Bəlirzik əllərin hərəkətlərini səth elektromioqrafiyası (sEMG) texnologiyası ilə oxuyur.
Texniki məqamlar və məhdudiyyətlər:
-
Hypernova adi Ray-Ban eynəklərindən daha qalın və ağırdır.
-
Displey kiçik, sabit bir pəncərə şəklindədir və əsasən mətn bildirişləri üçün nəzərdə tutulub.
-
Testlər göstərir ki, bilərzik düzgün taxılmalı, əl seçimi və geyim də dəqiqliyə təsir edir.
Gələcək planlar və inkişaf etdiricilər üçün imkanlar:
Meta artıq inkişaf etdiriciləri Hypernova və idarəedici bilərzik üzərində sınaqlara dəvət edir. Xüsusən generativ süni intellekt sahəsindəki şirkətlər eksperimental tətbiqlər hazırlayaraq cihazın populyarlığını artırmağa kömək edəcəklər. Konfransda həmçinin Ray-Ban Meta ağıllı eynəklərinin üçüncü nəsli təqdim olunacaq.