Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Britaniyanın Nyuport şəhərində 13 il əvvəl bağında 100 illik cökə ağacı kəsilən ev sahibi 116 min funt-sterlinq (təqribən 265 min manat) məbləğində cərimələnib.
Milli.Az xəbər verir ki, ev sahibi Kler Rends ağacın potensial yanğın təhlükəsi yarada biləcəyindən narahat olaraq ondan qurtulmaq qərarına gəlib. Ağacın kəsilməsi ilə bağlı müraciəti bələdiyyə tərəfindən rədd edilsə də, qadın buna məhəl qoymayıb.
Cökə ağacına yaşına və dəyərinə görə müvəqqəti mühafizə sərəncamı tətbiq edilmişdi. Bu sənəd xüsusi mülkiyyətdə olsa belə, ağacların kəsilməsini, üstlərinin budanmasını, kökündən çıxarılmasını, qəsdən zədələnməsini və məhv edilməsini qadağan edir.
Məhkəmə nəticəsində Rends 100 min funt sterlinq məbləğində məhkəmə xərclərini və 16 min funt sterlinq cəriməni ödəməli olacaq. Cəriməni ödəmək üçün ona 12 ay vaxt verilib. /oxu.az
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.