Demokrat.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Coca-Cola Fest"in təşkilatçıları məlumat yayıb.
“Bildiririk ki, Sevdaliza İrəvanda çıxış etməyəcək. İstəsəniz, alınan biletləri geri qaytara bilərsiniz”, - məlumatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Sevdalizanın İrəvanda konsert verəcəyi ilə bağlı xəbərlər tənqidlə qarşılanıb. İddia olunub ki, o, yaradıcılığında antixristian motivlərə yer verir. Etiraza məşhur bloqerlər də qoşulub. Təşkilatçılar buna görə konserti ləğv etmək məcburiyyətində qalıblar.
Sevdaliza kimi tanınan İran əsilli niderlandlı müğənni, bəstəkar və prodüser Sevda Əlizadə 1987-ci il sentyabrın 1-də Tehranda anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Niderlanda köçüb. Müğənni fars, holland, ingilis, fransız və portuqal dillərində sərbəst danışır.
10Sources
-
redaktor.azSevda Əlizadənin İrəvandakı konserti ləğv edildi ( 20690775)
-
azreform.infoSevda Əlizadənin İrəvandakı konserti ləğv edilib ( 20686743)
-
olke.azSevda Əlizadənin İrəvandakı konserti ləğv edilib ( 20686434)
-
referans.azƏlizadənin İrəvan konserti ləğv olundu ( 20680134)
-
pravda.azƏlizadənin İrəvan konserti ləğv olundu ( 20679438)
-
metbuat.azƏlizadənin İrəvan konserti ləğv edildi - ( 20677932)
-
tribunainfo.azƏlizadənin İrəvandakı konserti ləğv edildi ( 20674674)
-
milli.azƏlizadənin İrəvan konserti ləğv olundu ( 20673993)
-
icma.azSevda Əlizadənin İrəvandakı konserti ləğv edildi ( 20673690)
-
turkustan.azSevda Əlizadəninİrəvandakı konserti ləğv edildi ( 20673585)