EN

Norveçin baş naziri Ukraynada atəşkəs rejimini əsas prioritet hesab edir

Norveçin baş naziri Jonas Gahr Store deyib ki, atəşkəs Rusiya və Ukrayna arasında sülh danışıqları üçün ilkin şərt olmalıdır.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

Bildirilib ki, sülh razılaşması olmadan atəşkəs ideyası əvvəlcə ABŞ tərəfindən düşünülüb və Stare bunu ağlabatan hesab edir.

Onun fikrincə, əgər uzunmüddətli sülh istəyiriksə, ilk növbədə döyüşləri dayandırmalıyıq; buna görə də atəşkəs ciddi danışıqlar üçün normal ilkin şərtdir.

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinlə potensial görüşün atəşkəslə nəticələnəcəyi təqdirdə yaxşı nəticə olacaq, əks halda gələcək danışıqlarda uğur qazanmaq çətin olacaq.

//Gülnarə Abasova, Editor.az

Chosen
48
editor.az

1Sources