EN

Ukrayna XİN Vudi Allenin Moskva Beynəlxalq Film Həftəsində iştirakını pisləyib

Ukrayna Xarici İşlər Nazirliyi amerikalı kinorejissor Vudi Allenin Moskva Beynəlxalq Film Həftəsində iştirakını pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin Telegram kanalında məlumat yayılıb.

"Ukrayna Xarici İşlər Nazirliyi amerikalı rejissor Vudi Allenin Moskva Beynəlxalq Film Həftəsində iştirakını qətiyyətlə pisləyir", - deyə, məlumatda qeyd edilib.

Ukrayna Xarici İşlər Nazirliyi də Vudi Allenin tədbirdə iştirakını “rüsvayçılıq” adlandırıb.

Bundan əvvəl amerikalı aktyor Mark Dakaskosun Moskvada Beynəlxalq Kino Həftəsinin açılış mərasimində iştirak etdiyi bildirilirdi.

Chosen
3
ikisahil.az

1Sources