EN

Dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşma genişləndirilir

Bakı.Trend:

Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsindəşəffaflığın və səmərəliliyin artırılması, eyni zamandarəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni mərhələbaşlanır.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci iltarixli Fərmanı ilə dövlət maliyyəsi sahəsində rəqəmsallaşma vəmüasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Yenifərman dövlət maliyyəsinin idarə edilməsində innovativ yanaşmalarıntətbiqini, rəqəmsallaşmanın genişləndirilməsini, maliyyəintizamının möhkəmləndirilməsini və dövlət vəsaitlərindən səmərəliistifadəni təmin edəcək.

Bildirilib ki, fərmana əsasən Maliyyə Nazirliyi tərəfindən“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq. Busistem dövlət büdcəsinin gəlir və xərclərinin, vergi və gömrükdaxilolmalarının, dövlət mülkiyyətində olan hüquqi şəxslərinmaliyyə göstəricilərinin, audit və mühasibat uçotunun, dövlətborcunun və maliyyə öhdəliklərinin vahid elektron platformaüzərindən izlənilməsini təmin edəcək. Bununla da rəqəmsaltexnologiyaların tətbiqi ilə dövlət maliyyəsinin idarə edilməsindəşəffaflıq, operativlik və nəzarət gücləndiriləcək.

"Fərmana müvafiq olaraq dövlət müəssisələrinin və publik hüquqişəxslərin büdcə layihələri və icra göstəriciləri mütəmadi təhlilediləcək və nəticələr Azərbaycan Respublikasının Prezidentinətəqdim olunacaq.

Yeni yanaşmalar olaraq büdcə daxilolmaları üzərində nəzarətinartırılması, dövlət sektorunda elektron satınalma müqavilələrinintam tətbiqi, səmərəliliyin və şəffaflığın artırılması, büdcəvəsaitlərinin ünvanlı icrası, büdcə xərclərinin optimallaşdırılmasıvə xərc normativlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur", -deyə məlumatda", - deyə məlumatda qeyd olunub.

Chosen
6
az.trend.az

1Sources