EN

İsrail ŞOKDA: SEPAH “Hizbullah”a qarşı ÇIXDI Nə baş verir? KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Hizbullah”ın silahsızlaşdırılması ilə bağlı planı rədd edib.

KONKRET.az xəbər verir ki, SEPAH-ın “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandir müavini İradc Məscedi bildirib ki, bu layihəni həyata keçirmək mümkün olmayacaq:

“Müqavimətin silahı – Livan xalqının silahıdır. Bu silah Livan torpaqlarını sionist rejimin təcavüzündən qorumaq üçündür. Livanda ‘Hizbullah’ı silahsızlaşdırmaq layihəsi amerika-sionist planıdır. Əlbəttə, nə Livan xalqı, nə də ‘Hizbullah’ bu planı qəbul etməyəcək və o heç vaxt reallaşmayacaq,” – deyə o vurğulayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
1
konkret.az

2Sources