Böyük Britaniyanın Uayt adasında dəniz kənarındakı kurort şəhərinə yaxın ərazidə helikopter qəzaya uğrayıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir.
İlkin məlumata görə, helikopter bu gün səhər saatlarında Uayt adasının cənub-şərq sahilindəki şəhərin yaxınlığında bir sahəyə düşüb.
Hazırda helikopterin göyərtəsində olanların və xəsarət alanların sayı barədə məlumat yoxdur.