EN

10 yaşlı uşaqlarını hava limanında qoyub getdilər – Buna görə

İspaniyanın Barselona şəhərində səyahət etmək üçün hava limanına gələn cütlük 10 yaşlı oğlullarının pasportunun müddətinin bitdiyini öyrəndikdən sonra onu terminalda qoyaraq tətilə davam etmək məqsədilə təyyarəyə minib.

Publika.az xəbər verir ki, oğlanın təkbaşına gəzdiyini görən polis məsələyə müdaxilə edib.

Yoxlamalardan sonra polis təyyarəyə daxil olaraq valideynləri sorğu-sual üçün çıxarıb. Ailə pasportunun müddəti bitdiyi üçün oğlanı apara bilmədiklərini, onu qohumlarına tapşırdıqlarını bildirib.

Hadisə aeroport işçiləri və sərnişinlər arasında sərt reaksiyaya səbəb olub. Valideynlər haqqında azyaşlı uşağı atmaq və reysin gecikməsinə səbəb olmaq ittihamı ilə istintaq başladılıb.

Chosen
329
3
publika.az

10Sources