EN

Tramp ABC və NBC-nin lisenziyasının ləğv olunmasını istəyir


“Saxta xəbərlərdə nə yazılıb yayımlansa da, mən hazırda tarixdə ən yüksək sorğu-reytinqinə sahibəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“İnanılmaz dərəcədə populyar olmağıma və bir çoxlarının fikrincə prezidentlik tarixində ən yaxşı səkkiz aydan birini keçirməyimə baxmayaraq, tarixdə ən pis və ən qərəzli telekanallardan ikisi olan ABC və NBC saxta xəbərlərlə mənim haqqımda pis məlumatlar yayırlar. Əgər belədirsə, onda onlar sadəcə olaraq Demokrat Partiyasının qoludur və bir çoxlarının fikrincə, Federal Komissiya onların lisenziyalarını ləğv etməlidir. Mən buna tam dəstək verərdim, çünki onlar o qədər qərəzli və vicdansızdırlar ki, bizim demokratiyamız üçün real təhdid yaradırlar”, - Tramp bildirib.
Chosen
25
yeniavaz.com

1Sources